Bəşər Əsədin iqamətgahı ələ keçirildi - FOTO

02/12/2024 - 07:04

 

Bakupost.az

Suriya müxalif qüvvələri ölkə Prezidenti Bəşər Əsədin Hələbdəki iqamətgahını ələ keçirib.

 

Bakupost.az xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb. Bəşər Əsəd isə öz növbəsində müqavimət göstərəcəyini bəyan edib: “Terror yalnız gücün dilini başa düşür və biz onunla onları sındıracağıq!” Qeyd edək ki, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsində ilk dəfədir ki, Bəşər Əsəd rejimi Suriyanın ikinci ən böyük şəhəri Hələb üzərində nəzarəti itirir.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ