Tiflisdə “Azərbaycan və Ermənistan cəmiyyətləri arasında hərtərəfli dialoqu genişləndirmək” layihəsi ilə bağlı görüş keçirilib

02/12/2024 - 04:14

Tiflisdə “Azərbaycan və Ermənistan cəmiyyətləri arasında hərtərəfli dialoqu genişləndirmək” layihəsi ilə bağlı görüş keçirilib. Layihə çərçivəsində politoloqların və jurnalistlərin burada keçirilən görüşündə Gürcüstan nümayəndələri də iştirak edib. Əvvəllər də belə görüşlər olub, amma bu görüş iki cəhəti ilə xüsusi fərqlənir:  
44 günlük Qarabağ müharibəsi Ermənistan cəmiyyətində reallıq hisslərini bir qədər gücləndirib; 2-cisi isə belə görüşlərdə Azərbaycanı  yüksək səviyyədə təmsil edən ağılı (politoloq və jurnalist) gənclər yetişib. Hər iki məqam məmnunluq yaradır...

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ