Bu il Azərbaycanda qızıl istehsalı 6 %-ə yaxın artıb

14/08/2024 - 13:38

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 248,2 kq qızıl, 1 906,8 kq gümüş istehsal edilib. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2023-cü ilin yanvar-iyul aylarının göstəricisindən 5,6 %, gümüş istehsalı 20,1 % az olub. 7 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 112 ton olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 94,6 % azdır. Bu ilin avqustun 1-nə ölkədə 105,6 kq qızıl, 79,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin avqustun 1-nə 25,9 ton təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin qiyməti artıb
26/08/2024 - 09:46
Neftin bu günə olan qiyməti
15/08/2024 - 16:44