Bu ölkələr Kiyevi dəstəkləyəcəklərini vəd edirlər… – MOSKVAYA DA TƏZYİQ GÖSTƏRƏCƏKLƏR

29/11/2022 - 00:47

Baltikyanı ölkələr, eləcə də Şimali Avropa - Finlandiya, İslandiya, Norveç və İsveç Ukraynaya iqtisadi, hərbi və humanitar dəstəyi davam etdirəcəklərini və Moskvaya qarşı sanksiyaları sərtləşdirəcəklərini vəd ediblər.

Qafqaz.media xəbər verir ki, bu barədə bazar ertəsi Kiyevə səfər edən və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən bu ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

Nazirlər bir daha vurğulayıblar ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Şimali Avropa və Baltikyanı ölkələr Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün Kiyevə siyasi və maddi dəstək veriblər.

Вторжение России в Украину. 1-30 сентября - Korrespondent.netNazirlər Rusiyaya yardımı davam etdirən ölkələri pisləyib və onların hərbi cinayətlərə görə məsuliyyəti Moskva ilə bölüşməli olduqlarını bildiriblər. Həmçinin, Rusiyanı müxtəlif bəhanələrlə saxlanılan və ya qanunsuz deportasiya edilən Ukrayna vətəndaşlarını dərhal azad etməyə çağırıblar.

Eynilə, Rusiyaya dəstək verən digər ölkələrə, fiziki və hüquqi şəxslərə qarşı köhnə sanksiyaların sərtləşdirilməsinin və yeni sanksiyaların qəbulunun zəruriliyi qeyd edilib.

Qafqaz.media