Bülbülün Şuşadakı ev-muzeyinin direktoru ziyarətçiləri qovdu

22/08/2024 - 14:56

Bülbülün Şuşada yerləşən ev-muzeyinin direktoru Ülviyə Hüseynova ziyarətçilərə qarşı çox kobud davranış nümayiş etdirib. Axar.az-ın əməkdaşının verdiyi məlumata görə, o, nahar fasiləsini bəhanə edərək ev-muzeyini qapısını bağlayıb, ziyarətçiləri oradan çıxarıb. “Bülbülün ev-muzeyini ziyarət etməyə gəlmişik. Burada ev-muzeyin direktoru olduğunu deyən Ülviyə Hüseynova adlı xanım saat 2-də nahar fasiləsinə çıxdığını bildirib, muzeyi bağladı. Üstəlik, sanki insanların ona borcu varmış kimi çox qaba və tərbiyəsiz şəkildə rəftar edərək, ziyarətçiləri həyətdən çıxardı”, - məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10