Çaya 2 ədəd əlavə edin, ağrılara son verin
Çayınıza 2 mixək əlavə etmək təkcə dadını deyil, həm də sağlamlığa faydalarını artırır. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, çaya əlavə edilən qida həm onun dadını, həm də faydasını artırır. Bu təbii məhsullardan biri də çayın təsirini gücləndirən mixəkdir.
- Çaya 2 mixək əlavə etməklə baş, diş kimi ağrılardan xilas ola bilərsiniz.
- Antioksidantlarla zəngin olan mixək orqanizmin müdafiə mexanizmini dəstəkləyərək immunitet sistemini gücləndirir.
- Mixəyin aromatik quruluşu sinir sistemini sakitləşdirərək stress və narahatlığı aradan qaldırır.
- Antibakterial xüsusiyyətləri sayəsində mixək ağız qoxusunu aradan qaldırmağa və diş ətinin sağlamlığını qorumağa kömək edər.
- Çaya qatılan mixək orqanizmi sakitləşdirir.
- Mixək həzmi dəstəkləyən və mədə narahatlığını aradan qaldırmağa kömək edən komponentləri ehtiva edir.