Ceki Çan Paralimpiya Oyunlarının açılışında iştirak edəcək

26/08/2024 - 08:48

Məşhur Honkonq aktyoru, prodüsseri, rejissoru Ceki Çan avqustun 28-də Parisdə keçiriləcək Paralimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək. “Report” xəbər verir ki, bu barədə BFMTV kanalı oyunların təşkilat komitəsinə istinadən məlumat yayıb. Aktyor, Paralimpiya məşəli estafetinin iştirakçıları arasında olacaq. Belə ki, Çan estafeti Fransa paytaxtının Üçüncü Dairəsinin Vieille-Temple küçəsində yerli vaxtla saat 17:27-də (Bakı vaxtı ilə 19:27) qəbul edəcək. Parisdə Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57