Çempion dizayneri transfer etdilər - Görün nə qədər qazanacaq

11/09/2024 - 06:50

Formula 1 komandası “Aston Martin” dizayner Adrian Nyuey ilə müqavilə bağladığını elan edib. Publika.az xəbər verir ki, 65 yaşlı britaniyalı uzunmüddətli sözləşmə imzalayıb. Mütəxəssis 2025-ci il martın 1-dən idarəedici texniki tərəfdaş rolunda işə başlayacaq. “Daily Mail”in məlumatına görə, o, ildə 20 milyon funt sterlinq məvacib alacaq. Hələlik Nyuey mayın 1-də ayrılacağını elan etdiyi “Red Bull”un əməkdaşıdır. Avstriyanın yarış komandasının press-relizində qeyd olunub ki, əməkdaşlığın son aylarında Adrian diqqətini ilk “Red Bull” hiperkarı olacaq RB17-nin hazırlanmasına yönəldəcək. Qeyd edək ki, Nyuey 1988-ci ildən Formula 1-dədir. O, “Williams” və “McLaren” ilə yarışın qalibi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ