Çinin sabiq rəhbəri öldü

30/11/2022 - 12:56

Çin Xalq Respublikasının (ÇXR) sabiq rəhbəri Tszyan Tszemin 96 yaşında vəfat edib.

Qafqaz.media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

O, 1989-cu ildən 2002-ci ilə qədər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, 1993-2003-cü illərdə isə Çin Xalq Respublikasının sədri olub.