"Çinlə əlaqələrin “qızıl dövrü” başa çatıb" - Böyük Britaniyanın baş naziri PEKİNİ HƏDƏLƏDİ

29/11/2022 - 09:54

Böyük Britaniyanın baş naziri Rişi Sunak Çinlə münasibətlərin “qızıl dövrü”nün başa çatdığını bildirib və Pekinin Britaniyanın maraqları və dəyərlərinə sistemli meydan oxumasının daha da kəskinləşdiyini qeyd edib.

Qafqaz.media xəbər verir ki, “Amerikanın Səsi” radiosunun məlumatına görə, Sunak çıxışında bildirib: “Böyük Britaniyanın Çinə yanaşması dəyişməlidir. Pekin dövlət gücünün bütün rıçaqlarından istifadə edərək, qlobal təsir üçün şüurlu şəkildə mübarizə aparır”.

“Gəlin açıq deyək: “qızıl dövr” deyilən dövr, eləcə də ticarətin sosial və siyasi islahatlara gətirib çıxaracağına dair sadəlövh fikir arxada qaldı”, - Britaniyanın baş naziri bildirib.

Tory leadership race: Who is former chancellor Rishi Sunak? | Politics News | Sky News

"Biz qəbul edirik ki, Çin bizim dəyərlərimizə və maraqlarımıza sistemli bir şəkildə meydan oxuyur, Pekin daha böyük avtoritarizmə doğru irəlilədikcə bu problem daha da kəskinləşir", - Sunak jurnalistlərdən birinin Çin polisi tərəfindən hücuma məruz qalması ilə bağlı BBC-nin bəyanatını şərh edib.

“Əlbəttə, biz Çinin dünya işlərində - qlobal iqtisadi sabitlik və ya iqlim dəyişikliyi kimi məsələlərdə əhəmiyyətini gözardı edə bilmərik. ABŞ, Kanada, Avstraliya, Yaponiya və bir çox başqaları da bunu başa düşür”, - Britaniyanın baş naziri əlavə edib.

Çin Böyük Britaniya səfirinə etiraz notası təqdim etdi

Sunak bildirib ki, onun rəhbərliyi altında Böyük Britaniya “status-kvonu” seçməyəcək və beynəlxalq rəqiblərlə “ritorikaya deyil, möhkəm praqmatizmə” əsaslanaraq qarşı-qarşıya gələcək.

Qafqaz.media