Daha bir ölkə “Bayraktar” almaq istəyir… - MÜDAFİƏ NAZİRİ AÇIQLADI

24/11/2022 - 23:05

Bolqarıstan Türkiyənin "Bayraktar" pilotsuz təyyarələrini əldə etmək variantlarını araşdırır.

Qafqaz.media Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri səlahiyyətlərini icra edən Dimitar Stoyanov bildirib.

““Bayraktar” ilə görüşümüz oldu. Bizə, Bolqarıstan şirkətləri də daxil olmaqla, iş təklif olundu, lakin bu layihə haqqında danışmaq hələ tezdir”, - deyə o bildirib.

Daha əvvəl Serbiya və Slovakiyanın "Bayraktara” maraq gostardiyi haqda xəbərlər yayıldı.

Qafqaz.media