DAHA BİR RUS OLİQARXIN MÜƏMMALI ÖLÜMÜ - Vyaçeslav Taran Putin rejiminin qurbanıdır?

29/11/2022 - 23:20

Qərb mediası noyabrın 25-də Fransanın Vilfranş-sür-Mer kommunası yaxınlığında helikopterlə qəzaya uğrayan “Forex” Klubunun təsisçisi Vyaçeslav Taranın müəmmalı ölümünü müzakirə edir.

Qafqaz.media bu barədə “Forbes”ə istinadən yazır.

Belə ki, “Monaco daily news” helikopterdə bir sərnişin və bir pilotun olduğunu bildirib. Pilot 1000 saatdan çox uçmuş təcrübəli birisi, üstəlik hava da aydın olub. Eyni zamanda, helikopterdə olmalı olan üçüncü sərnişin son anda səfərini ləğv edib. Hazırda həmin sərnişinin adı açıqlanmır.

Qəza yerinə baş çəkən Nitsa prokurorunun müavini helikopterin üçüncü şəxslərin müdaxiləsi nəticəsində düşdüyünü istisna etməyib.

Britaniyanın “The Sun” nəşri heç bir sübut təqdim etmədən Taranın Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti ilə əlaqəli olduğunu və kriptovalyuta birjası vasitəsilə “çirkli pullar”ın yuyulmasında iştirak etdiyini iddia edir.

“Forbes” xatırladır ki, Vyaçeslav Taran son on ildə Monakoda yaşayıb və bu ölkənin pasportunu daşıyıb. Həhyat yoldaşı Olqa “Hello Monaco” jurnalını nəşr edir. İş adamının üç övladı var. Taran əmtəələrdən tutmuş, adi valyutalara və kriptovalyutalara qədər müxtəlif aktivlərin onlayn ticarətini təklif edən “Libertex Group”-un həmtəsisçisi idi. O, həmçinin cümə günü Taranın uçduğu İsveçrənin Lozanna şəhərindəki “YouHodler SA”-nın idarə heyətinin üzvü idi.

Вячеслав Таран интервью про сирот и подарки в детские дома

Xatırladaq ki, 2022-ci ilin əvvəlindən Rusiyada əsasən neft-qaz biznesi ilə əlaqəli bir neçə iş adamı müəmmalı şəraitdə dünyasını dəyişib. Onlardan əksəriyyətinin ölüm səbəbi intihar olaraq göstərilib. Bəzi hallarda iş adamları ailələri ilə birlikdə ölü tapılıb. Rəsmi versiyaya görə, onlar əvvəlcə azyaşlı uşaqları da daxil olmaqla ailə üzvlərini öldürüb, sonra intihar ediblər.

Məsələn, sentyabr ayında “Lukoyl”un direktorlar şurasının sədri və icraçı vitse-prezidenti Ravil Maqanov dünyasını dəyişib. Həmin vaxt media yazırdı ki, o, Prezident Administrasiyası yanında Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsinin pəncərəsindən “yıxılıb”. Həm də Uzaq Şərq və Arktikanın İnkişafı Korporasiyasının aviasiya təhlükəsizliyi üzrə icraçı direktoru İvan Peçorin Vladivostok sahillərində qayıqdan “yıxıldıqdan” sonra.

Maqanovun ölümündən iki həftə əvvəl Latviya-Amerika əsilli anti-Putin iş adamı, 52 yaşlı Den Rapoportun cəsədi də Vaşinqtonda lüks hündürmərtəbəli binada mənzilinin pəncərəsindən düşdükdən sonra tapılıb.

May ayında “Lukoyl”un keçmiş top meneceri, 43 yaşlı milyarder Aleksandr Subbotin müəmmalı şəraitdə ölü tapılmışdı.

В авиакатастрофе в Монако погиб основатель Forex Club Вячеслав Таран

Aprel ayında Kremllə yaxın əlaqələri olan "Novotek" qaz şirkətinin sədr müavini, 55 yaşlı Sergey Protosenya İspaniyadakı villasının qarşısında asılmış vəziyyətdə tapılmışdı. Villanın özündə Protosenyanın 33 yaşlı arvadı Nataliya və onların yeniyetmə qızı Mariya balta ilə öldürülmüş halda tapılıb.

Fevral ayında 66 yaşlı rus maqnatı Mixail Vatford Böyük Britaniyanın Surrey şəhərindəki evinin qarajında ​​asılmış vəziyyətdə tapılmışdı.

Həmçinin, fevral ayında “Qazprom” baş direktorunun müavini səviyyəsində yüksək vəzifəli məmur olan 61 yaşlı Aleksandr Tyulakovun həyat yoldaşı ərini Leninqrad vilayətinin elit Leninski mikrorayonunda öz evində asılmış vəziyyətdə tapıb. Eyni yerdə, bir neçə həftə əvvəl hamamın döşəməsində qan içində və çoxsaylı bıçaq yaraları ilə “Qazprom İnvest”in nəqliyyat departamentinin rəhbəri, 60 yaşlı Leonid Şulmanın cəsədi tapılıb.

Mart ayında “MedStom” tibb firmasının sahibi milyarder Vasili Melnikov həyat yoldaşı Qalina və iki oğlu ilə birlikdə mənzilində ölü tapılmışdı.

Qafqaz.media