Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

22/09/2024 - 11:58

Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq. Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, sentyabrın 23-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ