Dürdanə Ağayeva vəfat etdi
05/08/2024 - 08:25
Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva vəfat edib.“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. O, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Dürdanə Ağayeva 4 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.