Estoniya Ukraynaya 300 milyon avro hərbi yardım EDİB
18/11/2022 - 20:59
Ukraynaya hərbi yardım artıq 300 milyon avroya yaxınlaşır.
Qafqaz.media xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin kansleri Kusti Salm bildirib:
“Estoniyanın Ukraynaya hərbi yardımı 300 milyon avroya yaxınlaşır. Eyni zamanda, biz hələ də bütün nisbətlər baxımından - istər ÜDM-ə, istərsə də müdafiə büdcəsinə görə dünyada ən böyük yardımlardan birini təqdim edirik".
O əlavə edib ki, son vaxtlar Estoniyanın ən böyük töhfəsi Ukrayna hərbçilərinin hazırlanması olub. Salm vurğulayıb ki, ölkə kifayət qədər çox sayda Ukrayna hərbçisinin hazırlanmasını planlaşdırır.
Qafqaz.media