“Eyni vəziyyətdə yatır, otura bilmir” - Saakaşvilinin anası oğlunun səhhətinin ağır olduğunu deyir

29/11/2022 - 01:30

“Mixail Saakaşvili yeriyə bilmir, eyni vəziyyətdə uzanır, hətta otura da bilmir”.

Qafqaz.media xəbər verir ki, bunu Giuli Alasania Mixail Saakaşviliyə “Vivamed” klinikasında baş çəkdikdən sonra bildirib.

Onun sözlərinə görə, səhhəti ağır olduğundan, həkimlərin qadağası səbəbindən Mixail Saakaşvili şəhər məhkəməsində təyin olunan prosesdə iştirak edə bilməyib.

“O, irəli-geri yeriyə biləcək vəziyyətdə deyil. Bura gəlməmişdən əvvəl çox narahat idim, çünki burada nə ilə qarşılaşacağımı bilmirdim. Amma məni qarşılayan onun daha da arıqlaması idi. Eyni vəziyyətdə yatır, adam otura bilmir. Məndən soruşsanız, çox xəstədir, vəziyyəti çox ağırdır. İki tikə yedi və dərhal ürək bulanması başladı. Fakt budur ki, o, çox ağır xəstədir. Səhər mən gələndə məhkəməyə getməkdə qərarlı idi. Fakt budur ki, həkimlər onu buraxa bilməyiblər”, - Giuli Alasania bildirib.

Qafqaz.media