FHN: Dənizdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

03/08/2024 - 16:48

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaşın qayıqda baş vermiş nasazlıq səbəbindən açıq dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə APA-ya nazirlikdən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində açıq dənizdə köməksiz vəziyyətdə qalan 1968-ci il təvəllüdlü Məmmədov Hafiz Mikayıl oğlunun olduğu qayıq yedəyə alınıb sahilə çıxarılaraq vətəndaş xilas edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42