Filippin lideri orduya Cənubi Çin dənizində gərginliyin azaldılmasını tapşırıb

04/07/2024 - 10:20

Filippin Prezidenti Ferdinand Markos orduya Cənubi Çin dənizində gərginliyin azaldılması barədə əmr verib. APA-nın “Reuters“ə istinadən xəbərinə görə, qərar hərbi rəhbərliklə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib. Bildirilib ki, müzakirələrdə hərbi komandanlıq dövlət başçısına bir neçə həll variantı təklif edib. Yekun nəticədə ilkin olaraq regiondakı hərbi birləşmələrin təchizatının gücləndirilməsi üzərində dayanılıb. Rəsmi sənəddə ordunun bütün addımlarının parlamentlə razılaşdırılmalı olduğu da əksini tapıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10