Fransa Rusiya XİN nümayəndələrinə viza vermədi
24/11/2022 - 16:38
![](/sites/default/files/styles/slide/public/2022-11/fr_1.jpg?itok=M3FvQ9wX)
Fransa Parisdə YUNESKO tədbirində iştirak üçün Rusiya XİN-in nümayəndələrinə viza verməyib.
“TASS” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.
Nümayəndə heyəti parisdə YUNESKO-nun Kommunikasiyaların inkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının 33-cü sessiyasında iştirak etmək üçün Parisə yollanmaq istəyib.