İki ölkə Türkiyəyə qarşı - Bölgəyə PUA-lar göndərildi

26/11/2022 - 11:17

ABŞ Yunanıstandakı Larissa hava bazasına səkkiz təkmil MQ-9 “Reaper” pilotsuz uçan aparat (PUA) yerləşdirib.

Qafqaz.media teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus PUA-ların noyabrın 12-də müvafiq texnika və şəxsi heyətlə birlikdə Larissa aviabazasına gətirildiyi bildirilib.

Bir il çəkəcək dislokasiya ABŞ-ın Avropa Qüvvələri Komandanlığı (EUCOM) ilə Yunanıstan ordusu arasında noyabrın 1-də imzalanan razılaşma çərçivəsində həyata keçirilib.

ABŞ-ın Yunanıstana silah-sursat daşınmasına və bu ölkədəki hərbi bazalarını genişləndirməsinə dəfələrlə Türkiyə tərəfindən etiraz edilib.