İlham Əliyev Serbiyaya getdi
23/11/2022 - 13:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfərə gedib.
Qafqaz.media xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.