İlon Mask Trampın Twitter hesabını blokdan çıxardı – EKS-PREZİDENTİN İZLƏYİCİLƏRİ SÜRƏTLƏ ARTMAĞA BAŞLADI
Twitter sosial şəbəkəsinin sahibi İlon Mask istifadəçilər arasında aparılan sorğudan sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını blokdan çıxarıb.
"İnsanlar qərar verdi, Trampın hesabı bərpa olunacaq", - Mask tvitter hesabında yazıb.
Sorğuda 15 milyondan bir qədər çox səs hesablanıb və onların 51,8%-i Trampın hesabının yenidən aktivləşdirilməsinin lehinə səs verib.
Kilid açıldıqdan sonra Trampın Twitter-də izləyicilərinin sayı durmadan artıb.
Xatırladaq ki, 2021-ci ilin yanvarında Twitter sosial şəbəkəsinin administrasiyası Trampın hesabına girişi həmişəlik bloklayıb. Yanvarın 7-də onun Facebook və İnstaqram səhifələri də bağlanıb.
12 oktyabr 2022-ci ildə məlum oldu ki, Twitter İlon Mask tərəfindən satın alındıqdan sonra istifadəçilərin daimi bloklanması ilə bağlı siyasətinə yenidən baxır.
Noyabrın 19-da isə Mask sosial mediada ABŞ-ın 45-ci prezidenti Donald Trampın səhifəsinin blokdan çıxarılıb-çıxarılmaması ilə bağlı sorğu keçirib.
Qafqaz.media