İlon Maskdan Durovla bağlı ÇAĞIRIŞ

25/08/2024 - 10:42

Amerikalı iş adamı İlon Mask "Telegram"ın qurucusu Pavel Durovun azadlığa buraxılması üçün çağırış edib. Publika.az xəbər evrir ki, o, "X" səhifəsində Durovun amerikalı jurnalist Taker Karlsonla müsahibəsinin bir fraqmentini dərc edib. Milyarder paylaşıma "#FreePavel" heşteqini əlavə edib. Xatırladaq ki, Pavel Durov avqustun 24-ü, saat 20:00 radələrində "Le Burje" hava limanında saxlanılıb. O, Fransaya Azərbaycandan şəxsi təyyarə ilə gedib. "TF1" telekanalının məlumatına görə, "Telegram" messencerinin təsisçisini 20 il həbs cəzası gözləyir. O, bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57