İmaməddin Xəlilov: Qələbəmi şəhid ailələrinə həsr edirəm

04/09/2024 - 07:32

Şükür ki, Azərbaycana ilk parataekvondo üzrə paralimpiya qızıl medalını gətirdim, çox qürurluyam. Bunu APA-ya açıqlamasında Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondoçu İmaməddin Xəlilov deyib. O hər döyüşdən sonra sosial şəbəkələrdə yazılan şərhlərdə Azərbaycan xalqının dəstəyini hiss etdiyini qeyd edib. "Qələbəmi şəhid ailələrinə həsr edirəm. Bununla fəxr edirəm. Bilirdim ki, mən çempion olacam”, - idmançı qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ