İran minlərlə insanın həbs edildiyini təsdiqlədi - VİDEO
İran məhkəmə sisteminin sözçüsü Məsud Sitayeşi Məhsa Əmininin öldürülməsindən sonra ölkənin əksər əyalətlərində başlayan etiraz aksiyaları zamanı 2 400 nəfərin həbs edildiyini açıqlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
O bildirib ki, daha 1 118 nəfər isə hökumətin müxaliflərə qarşı təqibləri çərçivəsində ittiham olunub və məhkəmə işlərinə baxılmasını gözləyir.
Sitayeşinin sözlərinə görə, sentyabrın ortalarından bu günə kimi İranı bürümüş nümayişlərdə iştirak etdikləri üçün ümumilikdə 2 432 etirazçıya məhkəmələr tərəfindən ilkin hökm oxunub.
İnsan haqları təşkilatlarının noyabrın 21-də yaydıqları məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 17 mindən çox vətəndaş həbs edilib.