İranda daha bir xanım jurnalist həbs olundu – TƏLƏBƏDƏN MÜSAHİBƏ GÖTÜRDÜYÜ ÜÇÜN

03/12/2022 - 09:45

İranda xanım jurnalist Nəstərən Fərxe həbs edilib.

Qafqaz.media “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, o, Tehranın Əllamə Təbatəbai Universitetinin əfqanıstanlı tələbəsi Səhra Rzayinin ailəsinin vəkili ilə müsahibəni yaydıqdan bir gün sonra saxlanılıb.

Beləliklə, İranda xalq etirazlarının başlamasından indiyədək həbs edilən jurnalistlərin siyahısına daha bir jurnalistin adı da əlavə olunub.

 İranın "Şərq" qəzetinin müxbiri Nəstərən Fərxe təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

"Şərq" qəzeti dekabrın 1-də yaydığı məlumatda kollektivinin ən gənc jurnalisti Nəstərən Fərxenin harada saxlanıldığı, nədə ittiham olunduğunun məlum olmadığını və indidən ona qarşı irəli sürülə biləcək ittihamların saxta olduğunu yazıb.

Xatırladaq ki, Jurnalistləri Müdafiə Komitəsi noyabrın ortalarında yaydığı məlumatda İranda etiraz aksiyaları başlayandan bu günə kimi 62 jurnalistin həbs edildiyini bildirib.

Qafqaz.media