İRANDA ETİRAZLARA SƏBƏB OLAN QURUM LƏĞV EDİLDİ – Baş Prokurorluqdan açıqlama

04/12/2022 - 14:49

İran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Arab News” ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.

“İranın Baş Prokurorluğu əxlaq polisinin ləğvi barədə məlumat verib”, - agentlik bildirib.

İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib.

Qeyd edək ki, daha öncə İranda müvafiq qurumların hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini nəzərdən keçirdiyi bildirilirdi.

Qafqaz.media