İrəvanda KTMT sammitinin keçirilməsinə etiraz edən 4 nəfər saxlanıldıı
23/11/2022 - 13:21
İrəvanda Ermənistan Avropa Partiyasının lideri Tiqran Xzmalyan saxlanılıb.
Bu barədə Ermənistan mətbuatı yerli polisə istinadən məlumat yayıb.
Ondan başqa daha 3 nəfərin həbs olunduğu bildirilir.
T.Xzmalyan İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qarşı etiraz aksiyası təşkil etmək istəyərkən saxlanılıb.
Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 182-ci (“Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq”) maddəsi ilə ittiham irəli sürülüb.