İsrail Hizbullah hədəflərinə hücumda 100-ə yaxın döyüş təyyarəsindən istifadə edib

25/08/2024 - 09:30

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda şiə Hizbullah hərəkatının hədəflərinə zərbələr endirmək üçün 100-ə yaxın döyüş təyyarəsindən istifadə edib. APA xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari verdiyi açıqlamada zərbələr zamanı bir neçə min mərmi məhv edildiyini bildirib. “Hərbi-Hava Qüvvələrinin 100-ə yaxın qırıcısı minlərlə Hizbullah mərmisi konteynerinə hücum edib və məhv edib, onların əksəriyyəti ölkənin şimalına, bəziləri isə İsrailin mərkəzi hissəsinə yönəlib”, o qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57