İsrail mediasından İDDİA: Belarus da İrandan sursat almaq eşqinə düşüb...bəs əvəzində nə verəcək?

21/11/2022 - 18:56

Belarus və Rusiya işlənmiş nüvə yanacağı ilə bağlı saziş imzalayıb. Belə ki, noyabrın 17-də Aleksandr Lukaşenko tərəfindən işlənmiş nüvə yanacağının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Rusiya ilə hökumətlərarası saziş layihəsi təsdiq edilib. Bu sənədin imzalanması ilə İttifaq proqramının nüvə energetikasının inkişafı üzrə bütün tədbirləri həyata keçiriləcək. Burada qeyd edək ki, İsrail mediasında İranın nüvə silahı meydana gətirməsinə çox az qaldığı barədə informasiyalar mövcuddur. Soruşula bilər ki, bəs Belarusun Rusiya ilə işlənmiş nüvə yanacağının idarə etməsinə dair əməkdaşlıq sazişinin İrana nə dəxli var?
Elə İsrail mediasında yayılan xəbər burada hansı məqamların yaxud marağın olduğunu anlamağa kömək edə bilər. Qafqaz.media bildirir ki. bu barədə "The Jerusalem Post" xəbər verir
. Belə ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsi (GUR) şənbə günü Belarusun 152 və 122 mm-lik artilleriya mərmilərinin istehsalına kömək etmək üçün İrana müraciət etməyi düşündüyünü bildirib.
Bundan əlavə, Belarus idxal olunan komponentlərdən istifadə etməklə 122 mm, 220 mm və 300 mm-lik artilleriya mərmilərinin yığılması imkanlarını qiymətləndirir. Bu məsələnin müzakirəsi məqsədilə Belarus nümayəndə heyətinin noyabrın 20-23 arasında İrana səfəri planlaşdırılıb.  Baş Kəşfiyyat idarəsinin məruzəsində deyilir ki, “İran tərəfi ilə müzakirə olunacaq məsələlərin siyahısı bütün istehsal prosesi – sursatın tərkib hissələri üçün poladın əridilməsi texnologiyasından tutmuş mərmilərin rənglənməsinə və onların qablaşdırılması üçün istifadə olunan qablara qədər bütün perioda aiddir”. Bu iki xəbəri qarşılaşdırsaq buradan belə bir nəticə çıxır ki, İranın nüvə silahı yaratmaq cəhdlərindən doğan ehtiyacını Belarusla Rusiya təmin etmək fikrinə düşübsə ki, Moskvanın bundan imtina etməyəcəyini düşünə bilərik, Rusiyanın da İrandan PUA-lardan başqa kimyəvi başlıqlı ballistik raket almaq niyyəti barədə artıq məlumatlar yayılıb, Belarusun da bu həvəsə düşməsi məntiqli ola bilər. Çünki Belarus Rusiyanın başına gələnlərin öz başına gələ biləcəyini də ehtimal etməmiş deyil. 

Belə bir misal var-əl əli yuyar, əl də üzü. Rusiya ilə İranın silah alverinə Belarusun da qoşulması mümükündür. Hətta belə ehtimal etmək olar ki, Rusiyaya ona qoyulan sanksiyalar üzündən İranla "işlənmiş nüvə yanacağı-PUA-ballistik raketlər-digər sursat" alverində Belarusu vasitəçi kimi istifadə edə bilər.

Qafqaz.media

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33