İstanbulda partlayışda şübhəli bilinən daha 8 nəfər saxlanılıb

19/11/2022 - 22:22

Noyabrın 13-də İstanbulun İstiqlal küçəsində partlayışla əlaqədar olaraq daha 8 nəfər saxlanılıb.

Bu barədə Anadolu agentliyi məlumat yayıb.

stintaq orqanının məlumatına görə, onlar terror aktını icra edən suriyalı Əhləm Əlbəşirə köməkdə təqsirli bilinirlər.