İsveç Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək

02/12/2022 - 00:09

Ukrayna İsveçdən təxminən 338 milyon dollar dəyərində yeni “qış yardım paketi” alacaq. Bura hava hücumundan müdafiə sistemləri də daxildir.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal “Telegram” kanalında yazıb.

Xatırladaq ki, noyabrın 19-da müdafiə naziri Aleksey Reznikov İsveçin Ukraynaya 3 milyard İsveç kronu dəyərində hərbi yardım paketi vermək niyyətində olduğunu açıqlayıb. Buraya hava hücumundan müdafiə sistemləri, nəqliyyat vasitələri, əsgərlər üçün sursat və avadanlıqlar daxildir.

Bundan əlavə, İsveç 760 milyon kroon həcmində humanitar yardım göstərib. 560 milyonu Ukrayna, qalanı isə Moldova üçün nəzərdə tutulub.

Qafqaz.media