ISW: Zelenskinin Baxmuta səfəri Putinin imicinə zərbə vurdu

21/12/2022 - 10:16

Ukrayna prezidenti Vladimir Zelenskinin Baxmuta səfəri Rusiya lideri Vladimir Putinin imicinə xələl gətirdi.

Qafqaz.media xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri yazır.

Ekspertlər qeyd edirlər ki, dekabrın 20-də Zelenski Baxmut istiqamətində müdafiəni saxlayan Ukrayna hərbçilərinə baş çəkib və onlara mükafatlar təqdim edib. Öz növbəsində Putin də Kremldə mükafatlandırma mərasimi keçirib.

ISW hesab ki, Rusiya prezidenti "özünü və Rusiya Müdafiə Nazirliyini daimi tənqidlərdən xilas etmək üçün səyləri gücləndirib. Mükafat mərasimi əlavə olaraq Putinin özünü müharibənin iştirakçısı kimi təqdim etmək istəyindən xəbər verir".

Hesabatda vurğulanıb ki, Putinin Zelenskinin Baxmutda cəbhə xəttinə səfərindən fərqli olaraq döyüşlərdə birbaşa iştirak etməyən ətrafının üzvlərini mükafatlandırmaq qərarı ruslar arasında tənqidlərə səbəb olub.

“Bundan əlavə, Rusiya Federasiyası prezidentinin cəbhə xəttində döyüşlərdə iştirak edən əsgərləri deyil, “Kremldəki qəhrəmanlarını” mükafatlandırdığı, həmçinin işğal olunmuş ərazilərə səfər etmədiyi bildirilib”, - amerikalı ekspertlər vurğulayıblar.

Qafqaz.media