Kreml ikinci hücuma başlayıb-başlamamağı müzakirə edir - “The New York Times”

21/12/2022 - 00:17

Rusiya Federasiyasının rəhbərliyi bu qış Ukraynaya qarşı yeni genişmiqyaslı hücuma başlayıb-başlamamaq barədə yekdil fikrə malik deyil.

Qafqaz.media xəbər verir ki, bu barədə “The New York Times” ABŞ Dövlət Departamentinin nümayəndələrinə istinadən yazır.

Bildirilir ki, Kremldə bu məsələ ilə bağlı müzakirələr davam edir. Bəzi yüksək rütbəli rus məmurlar yeni hücumun zəruriliyində israr edir, digərləri isə Moskvanın bunun üçün resurslara malik olduğuna şübhə ilə yanaşırlar.

Nəşr qeyd edir ki, Rusiyanın faktiki hərəkətlərinin sonda nə olacağı indi bəlli deyil.

Qafqaz.media