Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - FOTO - VİDEO
28/07/2024 - 15:18
Lənkəran şəhərinin mərkəzi küçələri yağış suları ilə dolub. APA-nın cənub bürosunun verdiyi məlumata görə, səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub. Şəhərin əsas mərkəzi küçələri, eləcə də 2 və 3 saylı məktəblərinə gedən yollar, bazar küçələri sel suları ilə dolub. Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb. Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.