Makron və Bayden “silah qardaşı” olmağa razılaşırlar – UKRAYNAYA ƏLAVƏ DƏSTƏK VERİLƏCƏK

01/12/2022 - 21:52

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Baydeni Ukraynaya hərbi yardım göstərmək üçün səyləri birləşdirməyə və “silah qardaşı” olmağa çağırıb.

Qafqaz.media xəbər verir ki, CNBC-in məlumatına görə, bu sözləri Vaşinqtona səfəri zamanı Fransa prezidenti deyib.

Makronun sözlərinə görə, müharibə yenidən Avropa ərazisində aparılır. Bu və digər cari böhranları nəzərə alaraq, Fransa prezidenti “silah qardaşı” olmağın lazım olduğunu bəyan edib.

Öz növbəsində, Bayden də Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda ABŞ və Fransanın birliyininin zəruri olduğunu qeyd edib. Onun sözlərinə görə, Vaşinqton və Paris çalışırlar ki, demokratik cəmiyyətlər çoxlu sayda məsələlərin həllində nəticə əldə etsinlər.

Ağ Ev sahibinin Ukraynaya əlavə 37 milyard dollar dəstək üçün Konqresə müraciət etdiyi də məlum olub.

Bununla yanaşı, Fransa lideri hələ də Ukrayna və Rusiya arasında danışıqları mümkün hesab edir. O, Rusiya prezidenti Vladimir Putinin dinc-danışıqlar yolu ilə hərbi əməliyyatlara son qoyacağına olacağına ümid etdiyini bildirib.

Makron yaxın vaxtlarda Rusiya prezidenti ilə telefonla danışmaq niyyətindədir. Putinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya dövlət başçısının planlarında hələlik Fransa prezidenti ilə telefon danışığı yoxdur.

Qafqaz.media