Məktəblərdə payız tətilinin vaxtı dəyişdirildi - 10 gün olacaq

01/08/2024 - 16:40

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərar verib.

“Qafqazinfo”nun məlumatına görə, Qərarla ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq. 

Qeyd edək ki, əvvəlki qərarla payız tətili 5 günlük idi və 16-20 noyabr tarixlərini əhatə edirdi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ