MÜHARİBƏ İLƏ AVROPA ARASINDA “SON QALA” - Qərb Moldovanı soyuqdan və Moskvadan xilas edəcəkmi?

02/12/2022 - 13:32

Moldova müstəqillikdən sonrakı tarixində ən ciddi enerji böhranının astanasındadır. Ölkədə işıqların tez-tez kəsilməsi, qeyri-sabit enerji qiymətləri, müəssisələrin bağlanması səbəbindən işsizliyin artması - bütün bunlar bir aydan çoxdur ki, baş verir. Amma Qərbin vəd etdiyi yardıma hələ də ümid var. Əks halda, bu kiçik ölkə yenidən Moskvanın “caynağına” düşə bilər.

Qafqaz.media xəbər verir ki, hazırda ölkədə baş verənlər təkcə qlobal böhranın nəticəsi deyil, həm də hazırda Moldova qarşısında mənəvi öhdəliyi olan Qərbin xeyrinə nəticələnən seçkini “intiqamıdır”.

Bəs, Avropa və ABŞ bu kiçik ölkəni xilas etmək üçün nə edir? Qərbin səyləri boşa çıxsa, Moldovanı nə gözləyir?

Qeyd edık ki, oktyabrın əvvəlindən Moldovanın onilliklər boyu asılı olduğu Rusiya qazının tədarükü ən azı yarıbayarı azalıb. Bu, Moldovada elektrik enerjisinin 70%-ni təmin edən, lakin artıq təmin etməyən Dnestryanı bölgədəki “MoldGRES” enerji istehsal edən müəssisənin işinə də təsir etdi.

Moldova qalan 30% enerjini Rusiyanın raket hücumları nəticəsində demək olar ki, tamamilə məhv edilmiş Ukraynadan alıb.

Kişinyovda və digər ərazilərdə enerji problemi Ukraynanın son atəşə tutulması və Ukrayna şəhərlərində işıqların kəsilməsi ilə eyni vaxta təsadüf edib. Bu səbəbdən, ölkədə bir çox müəssisə artıq enerjiyə qənaət edən iş rejiminə keçib. Məsələn, Kişinyovdakı ölkənin ən böyük müəssisələrindən biri olan şüşə zavodu tam bağlanarsa, yüzlərlə insan işini itirəcək.

Noyabrın əvvəlindən Moldova demək olar ki, tamamilə Rumıniyadan aldığı elektrik enerjisi hesabına ayaqda qalır. Lakin, təbii olaraq, sakinlərin aylıq ödənişləri yenidən artıb və hazırda iyun ayı ilə müqayisədə demək olar ki, adambaşına düşən elektrik enerjisi xərci 2,5 dəfə çoxdur.

Mövcud ağır durumun səbəbləri bəlli olsa da, Moldovada enerji problemi sürətlə siyasi böhrana çevrilir. Təsadüfi deyil ki, sentyabrın ortalarından başlayaraq, hər bazar Kişinyovda yerli oliqarx İlan Şorun partiyasının təşkilatçılığı ilə etiraz aksiyaları keçirilir.

Şor özü İsraildə cinayət təqibindən gizlənir, lakin ABŞ Dövlət Departamenti və Moldova hakimiyyət orqanlarının fikrincə, o, Moldovada siyasi iğtişaşlar törətməyi hədəfləyən korrupsiyalaşmış Rusiya strukturları ilə sıx əməkdaşlıq edir.

Paytaxtdakı etiraz aksiyalarında Rusiya bayraqları praktiki olaraq görünməsə də və təşkilatçılar özlərini rusiyayönlü yox, hökumət əleyhinə adlandırsalar da, aksiyaların mahiyyəti aydındır.

"Avropa özünü təmin edə bilmir, bizə artığını haradan alırlar? Axmaqlığı dayandırın. Biz keçmiş sovet ölkəsiyik, biz artıq ruslarla birgə yaşamağı öyrənmişik. Bundan sonra da anlaşa bilərik", - 72 yaşlı etirazçı BBC-yə söyləmişdi.

Антироссийские протесты (архивное фото)

Gənclər isə, ölkələrinin yenidən Moskvadan asılılığına qayıtmasını istəmirlər. 49 yaşlı Vadim deyir: "Avropa yaxşı ola bilər, amma bizim Avropa ambisiyaları üçün pul ödəməyə gücümüz çatmır. Bu, çox bahadır. Elə olur ki, gözəl bir şeyə baxırsan, amma onu ödəyə bilmirsən".

Rusiyanın əleyhdarları

"Viitorul" İnkişaf və Sosial Təşəbbüslər İnstitutunun sifarişi ilə keçirilən son ictimai rəy sorğusu isə göstərdi ki, respondentlərin təxminən 60%-i Aİ ölkələri və ABŞ-ın Moldovaya ciddi kömək etdiyini başa düşür və ölkənin qərbyönlü kursunu dəstəkləməyə hazırdır.

Bəs, Qərb nə edir? Avropa Parlamentinin sədri Roberta Metsola dəfələrlə coğrafi və tarixi baxımdan Moldovanın yerinin Avropada olduğunu bildirib. O, Moldovaya Aİ-yə namizəd ölkə statusunun verilməsini fəal şəkildə müdafiə edib.

Noyabrın ortalarında Kişinyova səfər edən Avropa Parlamentinin sədri Roberta Metsola prezidenti və parlamenti əmin edib ki, avropalı tərəfdaşlar Moldovanı Avropa İttifaqının üzvü kimi görürlər və bu ölkəyə bloka daxil olmaq yolunda kömək edəcəklər.

Onun sözlərinə görə, Avropa Moldovanın zəif mövqeyini yaxşı başa düşür, o, öz sərhədləri yaxınlığındakı müharibədən əlavə, dezinformasiya və təbliğata, eləcə də Rusiyanın enerji şantajına dözməlidir.

"Bu günlərdə Avropa Komissiyası Moldovaya maliyyə dəstəyini artıracağına söz verdi. Bunun nə qədər vacib olduğunu bilirəm və onu da bilirəm ki, daha çox investisiyaya ehtiyac olacaq və siz bizə arxalana bilərsiniz", - Roberta Metsola bildirib.

"Siz müharibə ilə Avropa İttifaqı arasında sonuncu dayaqsınız. Biz bunu yaxşı başa düşməliyik", - Avropa Parlamentinin rəhbəri əlavə edib.

Metsola bildirib ki, Fransa, Almaniya və Rumıniyanın təmsil etdiyi Avropa üçlüyü Avropa strukturlarının kənarında Moldova üçün çox şey edir. İndi Slovakiya da onlara qoşularaq Moldovaya təbii qaz ixrac etməyə başlayıb.

Avropanın ən korrupsiyalaşmış ölkələsi…

Yeri gəlmişkən, “Transparency International” təşkilatının 2021-ci il üçün statistikasına əsasən, Moldovada korrupsiya indeksi bu müddət ərzində bir neçə bənd artaraq tarixi maksimumun qeydə alındığı 2012-ci ilin göstəricilərinə bərabər olub. Ölkə hazırda korrupsiyaya görə sorğu edilən 180 ölkə arasında 105-ci yerdədir.

Avropa Parlamentinin rəhbəri Roberta Metsola Moldova hakimiyyətinə açıq şəkildə bildirib ki, Avropa ilə birlik ikitərəfli yoldur və Qərb tərəfdaşları Kişinyovdan demokratiya, qanunun aliliyi və bərabərlik təminatlarını gözləyirlər.

"Mən hamının bilməsini istəyirəm ki, Moldova azadlığı seçir və şəraitdən asılı olmayaraq, Avropa yolu ilə getməyə davam edəcək. Biz azadlığımızın əvəzini ödəməyə hazırıq", - Moldova Prezidenti Maia Sandu çərşənbə axşamı deyib.

Президент Молдовы Майя Санду и глава Европарламента Роберта Метсола (фото май 2022)

“Hamımız təhlükə altındayıq, çünki Rusiya üçün heç bir qayda və məhdudiyyət yoxdur”, o əlavə edib.

Lakin Qərbin vəd etdiyi dəstək gəlməsə, qarşıdan gələn qış qərbyönlü hökumət iflasa uğrayar və ölkə yenidən şərqə yuvarlana, bu isə, Moldovanın gələcəyini müəyyənləşdirmək üçün əsas amil ola bilər.

Qafqaz.media