MÜHARİBƏNİN 276-CI GÜNÜ! – Bu gün hansı hadisələrlə yadda qaldı…

27/11/2022 - 09:34

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib. Rusiya 12 nəfəri qaytarıb, qarşılığında 9 nəfəri alıb.

Qafqaz.media xəbər verir ki, müharibənin 276-cı günü daha bir sıra mühüm hadisələrlə yadda qlaıb.

Belə ki, həmin gün Belçika, Litva və Polşanın baş nazirləri Kiyevə səfər ediblər.

Bundan əlavə, Milli Polisin məlumatına görə, Xersonun azad edilməsindən sonra şəhərdə 32 dinc sakin Rusiya atəşindən həlak olub.

Xerson elektrik şəbəkəsinə qoşulmağa başlayıb. Hansı ki, şəhər işğalın son günlərindən işıqsız qalmışdı.

Donetsk vilayətinin Çasovoy Yar şəhəri yeni atəşə məruz qalıb. Regional hakimiyyət orqanlarının məlumatına görə, üç yerli sakin xəsarət alıb.

Həmçinin, Dneprdə raket atəşi nəticəsində 6 nəfər yaralanıb.

Qafqaz.media