MÜHARİBƏNİN 280-Cİ GÜNÜ! - NATO sammitinin ikinci günündə nə kimi qərarlar veriləcək…

30/11/2022 - 11:57

Buxarestdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə həsr olunan NATO sammitinin ikinci günü başlayır.

Qafqaz.media-nın məlumatına görə, bir gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Ukraynanın NATO-ya qoşulması perspektivi hələ də qalmaqdadır və Rusiyanın bu məsələdə veto hüququ ola bilməz.

“New York Times” yazır ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna raket zərbələri endirməsindən sonra ABŞ müttəfiqləri ilə transformator və generator kimi enerji avadanlıqlarının ölkəyə çatdırılmasının koordinasiya mexanizmini müzakirə edir.

Dekabrın 29-dan etibarən “Starlink” Ukrayna üçün peyk internet abunə qiymətini qaldıracaq. Şirkətin peyk terminallarının xeyli bahalaşdığı da bildirilir.

Qərb ekspertləri qeyd edirlər ki, Rusiya ordusu müharibənin əvvəlində fəaliyyət göstərdiyi taktiki batalyon qruplarını tərk edib, lakin hələ də adekvat əvəzləyici tapmayıb.

Qafqaz.media