"NATO Qara dənizdən Baltik dənizinədək..." - ENTONİ BLİNKEN
29/11/2022 - 15:39
"NATO Qara dənizdən Baltik dənizinə qədər mövcudluğunu gücləndirəcək".
Qafqaz.media TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Alyans ölkələri bu səylərin bir hissəsi olaraq bir-biriləri ilə işləyirlər.
E.Blinken bildirib ki, Qara dəniz regionu NATO üçün strateji əhəmiyyətə malikdir.