Naxçıvan Baş Gömrük İdarəsinə rəis vəzifəsi ona həvalə olundu

29/11/2022 - 12:29

Yeni yaradılan Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyinatı olub.

Qafqaz.media apa-ya istinadən xəbər verir ki, rəis vəzifəsinə müvəqqəti təyinat olub. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyevə tapşırılıb.