Nazim Abbasov vəzifəsindən azad edildi

01/08/2024 - 11:20

Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi Nazim Abbasov vəzifəsindən azad edilib. Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov Əmr imzalayıb. N.Abbasov təqaüd yaşı tamam olduğu üçün öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, Nazim Abbasov peşəkar istintaqçı kimi tanınır. O, uzun illər Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi işləyib. 2019-cu ildə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi təyin edilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42