Norveçin Rusiyadakı səfiri XİN-ə çağırıldı

28/11/2022 - 16:46

Norveçin Moskvadakı səfiri Rune Ruseland Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qafqaz.media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

Qeyd olunub ki, buna səbəb Norveçdə rusofobik davranışlar, həmçinin rus vətəndaşlarının həbsidir.

Rusiya XİN hesab edir ki, Norveçdə son aylarda ruslara qarşı çıxarılan hökmlər siyasi motivlidir.