Növbəti il bəzi kütləvi informasiya vasitələrinə maliyyə yardımı 0,3% artırılacaq
18/11/2024 - 12:20
Qafqaz.Media xəbər verir ki, 2025-ci ildə bəzi kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə 65,1 milyon manat maliyyə yardımı nəzərdə tutulub. Bu Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcə zərfində qeyd edilib. 2024-cü illə müqayisədə bu 0,3% çoxdur. Bu vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulub.
Qafqaz.Media