Onlar da Laçına qayıdır

11/09/2024 - 08:11

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. “Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.  Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Laçın şəhərinə 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ədalət Verdiyev həbs olundu
25/11/2024 - 18:51
GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56