Pakistanda atışma baş verib, azı iki nəfər ölüb, yaralılar var

26/08/2024 - 05:36

Pakistanın Kəraçi şəhərində iki qrup arasında baş verən atışmada azı 2 nəfər ölüb, 9 nəfər yaralanıb. APA xəbər verir ki, bu barədə “Geo TV” məlumat yayıb. Məlumata görə, hadisə şəhərin mərkəzi hissəsində yerləşən Qolimar rayonunda baş verib. Qeyd olunur ki, qarşıdurma iştirakçıları hadisə yerində avtomobilləri yandırıblar, nəticədə şəhərin Nazimabad və Lasbella rayonları arasındakı əsas yollarından biri müvəqqəti bağlanıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57