Pakistanda zəvvarları daşıyan avtobus dərəyə aşıb, onlarla ölü və yaralı var

26/08/2024 - 05:33

İrandan Pakistanın Pəncab əyalətinə 60 zəvvar daşıyan avtobusun Sind əyalətində dərəyə aşması nəticəsində azı 12 nəfər ölüb, 35 nəfər yaralanıb. APA xəbər verir ki, bu barədə bazar günü Pakistan İnformasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hadisə yerində xilasetmə işləri davam edir. Qəzaya uğrayan avtobusun içərisində daha 4 sərnişin qalıb. Onları təxliyə etmək üçün əraziyə qaldırıcı kran çağırılıb. İlkin məlumata görə, qəza avtobus sürücüsünün sürət həddini aşması və idarəetməni itirməsi səbəbindən baş verib.

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57