Penitensiar Xidmət Saakaşvilinin zəhərlənməsindən “xəbərsizdir” – “BİZƏ HEÇ KİM BU BARƏDƏ RƏY TƏQDİM ETMƏYİB”

20/11/2022 - 14:53

Gürcüstan Penitensiar Xidməti sabiq prezident Mixail Saakaşvilinin həbsxanada zəhərlənməsi ilə bağlı iddialara münasibət bildirib.

Qafqaz.media-nın məlumatına əsasən, qurum bəyanat yayıb ki, heç kim Penitensiar Xidmətə Mixail Saakaşvilinin vəkilinin eks-prezidentin zəhərlənməsi ilə bağlı yaydığı məlumatın düzgünlüyünü təsdiq edən rəsmi rəy təqdim etməyib.

“Məhkum Saakaşvili xəstəxanada həkim nəzarəti altındadır, onun barəsində müvafiq tibbi tədbirlər görülür.

İctimaiyyətin dezinformasiyaya məruz qalmaması üçün hər kəsi yoxlanılmamış və əsaslandırılmamış məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - deyə məlumatda bildirilir.

Qafqaz.media