PKK-nın Suriyadakı Qamışlı bölgəsi üzrə başçısı Rezan Gelo məhv edildi

24/11/2022 - 13:04

Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda terrorçu PKK/YPG-yə qarşı "Pəncə-Qılınc" hərbi əməliyyatı davam edir. Əməliyyat gedişində 200-dən çox terroçunun öldürüldüyü məlumat  verilir. Türk PUA-ları Suriyanın şimaı-şərqindəki PKK qərargahına zərbələr endiriblər. Qafqaz.media Türkiyə KİV-lərinə istinadla bildirir ki, Türk PUA-larının iştirakı ilə keçirilən son əməliyyatda PKK/YPG-nin Qamışlıdakı bölgə rəhbəri Rezan Gelo adlı terrorçu zərərsizləşdirilib. Bəzi qaynaqlar isə Rezan Gelonun ağır yaralı olduğunu bildirir.
Rezan Gelo, terror təşkilatı PKK/YPG-nin Qamışlı bölgəsindəki ən üst səviyyədəki kadrı idi. Onun YPG/PKK terror təşkilatının başçılarından Fərhad Abdi Şahin və ABŞ əsgərləriylə bir çox fotoqrafları mövcuddur.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33